×
A
A
A
Sazlamalar

Musiqili Teatr işə qəbulla bağlı müsabiqə elan edib

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aktyorluq (rus və Azərbaycan bölməsi), xor artisti, orkestr ifaçılığı və xoreoqrafiya sənəti ixtisasları üzrə işə qəbulla bağlı müsabiqə elan edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 18 yaşından yuxarı şəxslər iştirak edə bilər. Sənədlərin qəbulu iyulun 1-dək davam edəcək.
İştirak etmək istəyənlər şəxsiyyət vəsiqələri, ali təhsil haqqında sənəd və əmək kitabçasının surəti, habelə tərcümeyi-hal, yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən), 2 fotoşəkil (3x4), fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətlərini sənət ocağına təqdim etməlidirlər.

 

Teatr və kino 2019-05-24 17:01:00