×
A
A
A
Sazlamalar

Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir VİDEO

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Milli Onkologiya Mərkəzində “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans başlanıb. Tədbir İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialı ilə birgə təşkil edilib. Konfrans Səhiyyə Nazirliyi tərəfindən akkreditə edilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə Seçenov adına Birinci MDTU-nun Bakı filialının rektoru, Milli Onkologiya Mərkəzinin direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Cəmil oğlu Əliyev açıb.
Sonra Seçenov adına Birinci MDTU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri professor Eduard Qallyamov “Laparoskopik cərrahiyyə: dünən, bu gün və sabah” mövzusunda məruzə ilə çıxış edib.
Konfransın gedişində laparoskopik radikal prostatektomiya, düz bağırsağın laparoskopik ön-aşağı rezeksiyası, iki lüləli preventiv transverzostomiya əməliyyatları birbaşa translyasiya edilib.
Mayın 25-də elmi praktiki konfransın işi davam edəcək. Seçenov adına Birinci MDTU-nun Birinci fakültə cərrahiyyəsi kafedrasının professoru Vladimir Levkinin, Seçenov adına Birinci MDTU-nun İkinci fakültə cərrahiyyəsi kafedrasının dosenti Aleksandr Natroşvilinin və Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının professoru Cabbar Hacıyevin məruzələri dinləniləcək.
Konfransın sonunda klinik hallar müzakirə olunacaq.

Səhiyyə 2019-05-24 14:15:00

Video