Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“O olmasın, bu olsun” Musiqili Teatrda altmışıncı dəfə göstərilib

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası 60-cı dəfə nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu-dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı, Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri, Əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir.
Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar - Möylə Mirzəliyev, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Elxan İsmayılov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elməddin Dadaşov, Fərid Rzayev, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları canlandırıblar.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş möhtəşəm tamaşa Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub. İllərdir səhnədən düşməyən bu komediya hər dəfə böyük maraqla izlənilir, rəğbətlə qarşılanır.

Teatr və kino 2019-05-23 19:19:00