×
A
A
A
Sazlamalar

Görkəmli kinooperator Xan Babayevin xatirəsi anılacaq

Bakı, 21 may, AZƏRTAC

Mayın 24-də görkəmli kinooperator Xan Babayevin 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Dövlət Film Fondunda reallaşacaq tədbir Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə gerçəkləşəcək.
Tədbirdə sənətkarın həyat və yaradıcılığından, milli kinomuzun inkişafındakı xidmətlərindən danışılacaq.
Qeyd edək ki, operatorluq məktəbinin ən parlaq nümayəndələrindən biri olan Xan Babayev “Ögey ana”, “Böyük dayaq” və bir çox klassik Azərbaycan filmlərinə operator kimi quruluş verib.

 

Teatr və kino 2019-05-21 16:54:00