×
A
A
A
Sazlamalar

Afaq Bəşirqızı Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək

Bakı, 21 may, AZƏRTAC

Milyonların sevimli gülüş ustası, “Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızı tamaşaçıların xahişi ilə iyunun 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Toya bir gün qalmış” ikihissəli komediya ilə çoxsaylı pərəstişkarlarının görüşünə gələcək. Tamaşa axşam saat 19:00-da başlayacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin süjet xəttini qəhqəhə dolu gözlənilməz hadisələrlə zəngin olan bir-birindən maraqlı situasiyalar təşkil edir.
“Toya bir gün qalmış” tamaşasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşanın quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevalardır.
Tamaşalarda Afaq Bəşirqızı ilə yanaşı, sənət ocağının digər sevilən aktyorları iştirak edəcəklər.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də, “iticket.az” saytından əldə etmək olar.

 

Teatr və kino 2019-05-21 12:18:00