×
A
A
A
Sazlamalar

Oğuzda yaş barama istehsalı 2 dəfədən çox artırılacaq

Oğuz, 21 may, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Oğuz rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 2 dəfədən çox artırılaraq, 12 tona çatdırılması planlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə 300 qutu və ya 5,7 kiloqram ipəkqurdu paylanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova məlumat verib.
Qurum rəsmisi bildirib ki, barama yetişdirilməsi üçün 300 ailə ilə müqavilə bağlanılıb. Ümumiyyətlə, builki mövsümdə Oğuz rayonunda baramaçılıq sahəsində 983 nəfər kənd sakininin məşğulluğu təmin olunub.
Baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədilə son üç ildə rayon ərazisində 154 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 72 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə gətirilərək calaq olunmuş tinglər, qalanları isə yerli tut tingləridir.

Kənd təsərrüfatı 2019-05-21 10:06:00