×
A
A
A
Sazlamalar

Bu həftə Kukla Teatrında maraqlı tamaşalar olacaq

Bakı, 20 may, AZƏRTAC

A.Şaiq adına Azərbaycan Dövlət Kula Teatrı bu həftə maraqlı tamaşalarla balacaları sevindirəcək.
AZƏRTAC xəbər verir ki, sənət ocağının yaradıcı heyəti bu həftə beş səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar mayın 24-də “Maşa və Ayı”, mayın 25-də “Pişiyin evi”, “Çipollino” və mayın 26-da isə “Qırmızı papaq” və “Durna balığı” tamaşalarını izləyəcəklər.
Bundan başqa, balacalar növbəti həftə - mayın 28-də “Şəngülü, Məngülüm”, “Qoğal” (rus dilində), mayın 31-də isə “Cik-cik xanım” , “Maşa və Ayı”a (rus dilində) baxa biləcəklər.

Teatr və kino 2019-05-20 10:19:00