Daşkəsən arıçılarına 41410 manat subsidiya verilib
Daşkəsən, 18 may, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın əsas arıçılıq rayonlarından olan Daşkəsəndə hazırda 5000 arı ailəsi var. Rayonun əlverişli təbii şəraiti, həmçinin bu rayonun meşə və bitki örtüyünün zənginliyi Daşkəsəndə arıçılığın inkişafına şərait yaradan başlıca amildir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli müvafiq qərarı ilə təsdiq edilmiş hər arı ailəsinə 10 manat subsidiya verilməsi məqsədilə rayonda 174 nəfər olmaqla 4141 arı ailəsi kodlaşdırılıb. Aidiyyəti üzrə sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub və həmin arı ailələrinə görə arıçılara 41410 manat subsidiya verilib.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb