×
A
A
A
Sazlamalar

Bu il ÜDM-in 1,8 faizi informasiya və rabitə sahələrində istehsal edilib

Bakı, 18 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,8 faizi informasiya və rabitə sahələrində istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə məhsula və idxala xalis vergilər ÜDM-in 9 faizini təşkil edib.
Qeyd edək ki, əhalinin hər nəfərinə düşən ÜDM 2 min 411,8 manata bərabər olub.

İKT 2019-05-18 12:49:00