×
A
A
A
Sazlamalar

Yanvar-aprel aylarında 304 min hektaradək sahədə yazlıq bitkilərin səpini aparılıb

Bakı, 18 may, AZƏRTAC
Kənd təsərrüfatında yaz-tarla işləri aparılır və mayın 1-nə kimi 303,9 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dövrdə 47,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 17,8 min hektarı dən üçün qarğıdalı), 48,1 min hektar sahədə kartof, 45 min hektar sahədə tərəvəz, 14,4 min hektar sahədə bostan bitkiləri, 7,2 min hektar sahədə şəkər çuğunduru, 11,9 min hektar sahədə dən üçün günəbaxan, 0,7 min hektar sahədə tütün, 76,1 min hektar sahədə pambıq, 51 min hektar sahədə çoxillik otlar, 1,2 min hektar sahədə birillik otlar və 0,7 min hektar sahədə digər yazlıq bitkilər əkilib.

Kənd təsərrüfatı 2019-05-18 10:52:00