® “Azercell” ADA Universitetinin tələbələri üçün master-klas təşkil edib
Ölkəmizin aparıcı universitetləri ilə əməkdaşlıq edən, ali təhsil mərkəzlərinin maddi-texniki bazasının zənginləşdirilməsinə yardım göstərən "Azercell Telekom" MMC mütəmadi olaraq gəncləri maraqlandıran sahələr üzrə master-klaslar keçirir.
Növbəti belə tədbir ADA Universitetinin tələbələri üçün təşkil olunub. "Azercell"in baş ofisində keçirilən master-klasda ADA Universitetinin sonuncu kurs tələbələri iştirak edib. "Azercell"in istehlakçı seqment biznes strukturu, "CRM" bölümünün rəhbəri Emil Əmirov, istehlakçı seqment biznes strukturu, biznesin təhlili bölümünün aparıcı mütəxəssisi Zaur Hüseynov və korporativ seqment biznes strukturu, məhsul və xidmətlər bölümünün mütəxəssisi Rüfət Qafarov tələbələrlə görüşərək məhsulun yaradılması, biznes təhlili və analizi kimi vacib mövzularla bağlı öz zəngin təcrübələrini bölüşüblər. Həmçinin insan resursları departamentinin mütəxəssisləri tərəfindən iştirakçılara gənclərin peşəkar və fərdi fəaliyyətini dəstəkləmək məqsədilə yaradılan yeni "Azercell-Lab" ödənişli təcrübə proqramının başlanması ilə bağlı məlumat təqdim olunub. Belə ki, "Azercell" iyulun 1-dən etibarən bakalavr və magistr tələbələri, həmçinin bakalavr və magistr dərəcələrində ali təhsillərini artıq tamamlamış gənclərə "IT-Lab" və "Biznes-Lab" inkubasiya mərkəzləri vasitəsilə peşəkar mühitdə karyera qurmaq imkanları, şirkət tərəfindən həyata keçirilən layihələrdə iştirak və əvəzolunmaz təcrübə qazanmaq fürsətləri yaradır. Məruzəçilər sonda iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
"Azercell Telekom" MMC təhsilə və gənclərin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşıb. Bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları imzalayan şirkət, tələbələrin innovativ ideyalarının reallaşdırılmasına, onların təcrübəli və peşəkar kadr olaraq yetişdirilməsinə öz töhfəsini verib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb