×
A
A
A
Sazlamalar

Bakıda ilk dəfə “TechFest” keçiriləcək

Bakı, 8 may, AZƏRTAC

İyunun 2-də ABŞ-ın Azərbaycandakı səfirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Mars Academy”nin dəstəyi ilə Bakıda ilk dəfə “TechFest” adlı tədbir keçiriləcək.
AZƏRTAC səfirliyin yaydığı məlumata istinadla xəbər verir ki, “TechFest”in məqsədi “özün düzəlt” (“birlikdə düzəlt”) ruhunda olan və öz nailiyyətlərini Azərbaycan xalqı ilə bölüşmək istəyənləri bir araya toplamaqdır. “TechFest Baku” yerli “maker”lər üçün öz məhsullarını sərgiləmək, master-klaslarda iştirak etmək və layihələrini beynəlxalq münsiflər heyətinə çatdırmaq üçün geniş imkanlar təklif edir.
Tədbirdə iştirak üçün son qeydiyyat tarixi mayın 15-dir.

 

İKT 2019-05-08 15:09:00