® “Azercell”in yenilənmiş “GəncOl” tarif paketi ilə artıq ünsiyyət sizin üçün daha da əlçatandır
“Azercell Telekom” MMC abunəçilərinin istifadəsinə yeni “GəncOl2”, “GəncOl6” və “GəncOl9” tarif paketlərini təqdim edir
Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC danışıq və internet istifadəsini daha da əlçatan edən yenilənmiş “GəncOl” tarif paketini abunəçilərinin istifadəsinə təqdim edir. Artıq “Azercell”in Sim-Sim abunəçiləri yeni həftəlik “GəncOl2” və aylıq “GəncOl6”/”GəncOl9” tarif paketlərinin üstünlüklərindən faydalanma fürsətini əldə edirlər. Beləliklə, abunəçilər “GəncOl2” tarif paketi çərçivəsində həftədə cəmi 2 AZN ödəməklə 750MB internet və “GəncOl” abunəçiləri arasında danışıq üçün 75 dəqiqə, “GəncOl6” tarif paketi çərçivəsində ayda 6 AZN ödəməklə 3GB həcmində internet paket və “GəncOl” abunəçiləri arasında danışıq üçün 300 dəqiqə, “GəncOl9” tarif paketi çərçivəsində isə ayda 9 AZN-a 6 GB həcmində internet paket və “GəncOl” abunəçiləri arasında danışıq üçün 600 dəqiqədən yararlana bilərlər. Əlavə olaraq, “GəncOl2” və “GəncOl6” tariflərinin istifadəçiləri “Whatsapp”, “GəncOl9” abunəçiləri isə “Whatsapp”, “Facebook Messenger”, “Telegram”, “Viber” və hətta “Twitter” mobil tətbiqləri vasitəsilə ödənişsiz mətn mesajları göndərmək imkanına malikdirlər. “GəncOl2”, “GəncOl6” və ya “GəncOl9” tarif paketlərini aktivləşdirmək üçün müvafiq olaraq G2, G6 və ya G9 açar sözlərini 7575 qısa nömrəsinə göndərmək kifayətdir.
“Azercell”in yenilənmiş “GəncOl” tarif paketi ilə sevdiklərinizlə ünsiyyət artıq sizin üçün daha da əlçatandır!
“Azercell”dən yeni “GəncOl” tarifi ilə xərclərinizə qənaət edərək daha çox ünsiyyət qurmaq və online qalmaq fürsətini əldən verməyin!
Əlavə məlumat üçün http://gencol.az/ səhifəsinə daxil olun. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb