×
A
A
A
Sazlamalar

“Azərmarka” tiraji 1,2 milyon nüsxə olan marka tədavülə buraxıb

Bakı, 24 aprel, AZƏRTAC
"Azərmarka" MMC "Standart buraxılış. Qalalar" adlı poçt vərəqini tədavülə buraxıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, orijinal poçt vərəqi 32 maraqlı markadan ibarətdir. Poçt vərəqinin ölçüsü 160x130 millimetr, markanın ölçüsü isə18x26 millimetr təşkil edir.
Poçt markalı vərəq "Azərmarka"nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Post vərəqləri Belarusun "Bobruisk Integrated Printing House" çap evində işiq üzü görüb.
Dörd kataloqdan ibarət bu poçt vərəqlərinin nominal dəyəri 1 qəpikdən 5 qəpiyədək, tirajı isə 700 mindən 1 milyon 200 minədəkdir.

İKT 2019-04-24 14:40:00