×
A
A
A
Sazlamalar

Birinci rübdə 45,7 milyon manatlıq elektrik avadanlığı istehsal olunub

Bakı, 22 aprel, AZƏRTAC
Yanvar-mart aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 45,7 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin eyni ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 5 faiz artıb, elektrik avadanlıqlarının istehsalı isə 15 faiz azalıb.
Rüb ərzində əvvəlki ilin müvafiq ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 72,6 faiz artıb, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 49,1 faiz, məişət soyuducularının istehsalı 9,4 faiz azalıb.

İKT 2019-04-22 14:33:00