×
A
A
A
Sazlamalar

® “Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” təqdim etdiyi yüksəkkeyfiyyətli şəbəkə, sürətli və kəsintisiz internet xidmətləri, sərfəli təklifləri ilə sahibkarlara dəstək olmağa və onların biznes tələblərini ödəməyə davam edir. Belə ki, “Nar”ın korporativ müştərisinə çevrilən hər bir biznes sahibi ödənişsiz olaraq portativ internet daşıyıcısı olan “Nar MiFi” cihazı əldə edə biləcək. Bu cihaz abunəçilərə olduqları yerdən asılı olmayaraq hər zaman onlayn olmağa və interneti ətrafdakılarla paylaşmağa imkan verir. Eləcə də, cihazın kiçik ölçüləri və yüngüllüyü onun daşınmasını asanlaşdırır ki, bu da abunəçilərə bizneslərini daha çevik və mobil idarə etməyə kömək edir.

Mobil operator korporativ müştəriləri ilə yeni imkanlar, təkliflər barədə məlumatları bölüşmək, eləcə də əlaqələri gücləndirmək məqsədilə, növbəti dəfə 100-dək şirkətdən 250-dək korporativ müştərisini film nümayişində bir araya gətirib. Filmdən sonra iştirakçılar arasında lotereya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.
Bu ildən mobil operatorun korporativ müştəriləri üçün mövcud olan tarif paketlərində dəyişikliklər olub və yeni tariflər təqdim edilib. Tariflər hər bir müştərinin ehtiyacına uyğun tənzimlənir və fərdi yanaşma sayəsində biznes sahiblərinə ən optimal təklif təqdim edilir. Bundan başqa, korporativ müştərilər üçün yeni internet və rominq paketləri və beynəlxalq zənglər üçün bonuslar təqdim edilir. Qeyd edək ki, “Nar”ın biznes sahibləri üçün təqdim etdiyi sərfəli təkliflər sayəsində müştərilərinin sayı artmaqdadır. Son 1 ildə mobil operatorun korporativ müştəriləri sırasına daha 600 yeni şirkət qoşulub.
“Nar” ilə korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar.

İKT 2019-04-19 15:07:00