×
A
A
A
Sazlamalar

® “Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçilib

“Nar” Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafına töhfə verməkdə davam edir. Mobil operator növbəti dəfə NETTY-2019 Azərbaycanın milli internet mükafatının keçirilməsinə dəstək olub. NETTY mükafatı hər il ən yaxşı Azərbaycan IT layihələrini, əhəmiyyətli veb-resursları və informasiya texnologiyaları sahəsində peşəkarları müəyyən edir və onları mükafatlandırır.

Müsabiqə iştirakçılarının ərizə qəbulu aprelin17-dən mayın 24-dək http://www.netty.az  saytında davam edəcək. Mayın 24-dən 31-dək mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi başlayır. İyunun 1-də isə NETTY Akademiyası nominantlar sırasından qaliblərin müəyyən edilməsi üçün səsverməyə başlayacaq.
Ənənəvi olaraq, müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resurslar elan olunacaq: “Dövlət”, “İqtisadiyyat və biznes”, “Təhsil və elm”, “Mədəniyyət və yaradıcılıq”, “İnformasiya və xəbərlər”, “Elektron xidmətlər və ticarət”, "İlin IT-hadisəsi" nominasiyaları və sair.
Qeyd edək ki, bu il də müsabiqə “Nar”ın əsas tərəfdaşlığı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Mədəniyyət nazirliklərinin rəsmi dəstəyi ilə keçirilir. “Nar” özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda İKT sahəsinin inkişafına və müxtəlif innovativ texnologiyaların, o cümlədən startapların tətbiqinə dəstək olur.
NETTY Azərbaycan milli internet mükafatı 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.

İKT 2019-04-18 17:35:00