Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq
Bakı, 26 mart, AZƏRTAC
ABŞ-ın 77WABC radiosunun aparıcısı Con Batçelor, nüfuzlu “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və Kristofer Nikson Koks Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovdan müsahibə alıblar.
AZƏRTAC xəbər verir ki, müsahibə zamanı Azərbaycan hökumətinin kənd təsərrüfatının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdiyi və bu sahənin inkişaf etdirilməsinin əsas məqsədlərindən birinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi olduğu bildirilib. Kənd təsərrüfatının inkişafını stimullaşdırmaq məqsədilə Azərbaycan hökuməti tərəfindən fermerlərə müxtəlif növ subsidiyaların ayrıldığı vurğulanıb və kənd təsərrüfatı texnikasının alınması üçün tələb olunan maliyyə vəsaitinin 40 faizinin məhz bu subsidiyalar hesabına ödənildiyi diqqətə çatdırılıb.
Ölkəmizin ABŞ-dan xeyli sayda kənd təsərrüfatı texnikası aldığının diqqətə çatdırıldığı müsahibədə qeyd edilib ki, Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən bu ilin aprelində təşkil olunacaq İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumunda Azərbaycan məhsullarının təqdimatı keçiriləcək. Forum zamanı, həmçinin ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunacaq.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb