×
A
A
A
Sazlamalar

“Azercell” abunəçilərini Novruz bayramında sevindirməyə davam edir

Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan “Azercell” abunəçilərini Novruz bayramı ərəfəsində sevindirməyə davam edir. Bu dəfə “Azercell” martın 19-dan 31-dək hər yeni fakturasız xətt nömrə alan abunəçiyə şəbəkədaxili danışıqlar üçün pulsuz 500 dəqiqə hədiyyə təqdim edir. 

Şirkət bayramlarda ölkə xaricinə səyahət edən abunəçilərini də unutmayıb.
“Azercell” rominq internet paketlərinin çalışdığı ölkələr siyahısını növbəti dəfə genişləndirərək, siyahıya BƏƏ və Çin ölkələrini də əlavə edib. Belə ki, artıq “Azercell” abunəçiləri 52 ölkədə 70-dən çox operatorun şəbəkəsində Rominq İnternet Paketlərindən istifadə etmə imkanına malikdirlər və siyahı daim yenilənir.
Qeyd edək ki, “Azercell” istifadəçilərinə rominqdə internet xidmətlərindən faydalanmaq üçün 2 paket təqdim edir: 19.90 AZN ödəməklə 1GB həcmində internet paketi və yaxud 9.90 AZN ödəməklə 400MB həcmində internet paketi.
Xatırladaq ki, hazırda Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ və Çin kimi populyar istiqamətlərdə “Azercell” abunəçiləri prioritet operatoru seçmək zərurəti olmadan istənilən operatorun şəbəkəsində internet xidmətindən istifadə edə bilərlər, çünki rominq internet paketləri həmin ölkələrdə bütün şəbəkələr üçün etibarlıdır.
Rominq internet paketləri haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/roaming/internetroaming/ səhifəsinə daxil olun.
“Azercell”in Novruz bayramında təklif etdiyi fürsətləri qaçırmayın! Bu bayram əzizləriniz və sevdikləriniz ilə bol-bol ünsiyyətdə olun!
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri, qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telecom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99,1 faizini (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Express” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

İKT 2019-03-19 16:26:00