“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
Bakı, 18 mart, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Sağlamlıq-2018” Respublika Spartakiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə spartakiadanın hər il keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, belə tədbirlər işçilər arasında idmanın kütləviliyinin təmin və təbliğ olunması baxımından böyük əhəmiyyətə malikdir.
E.Vəlizadə nazirliyin tabeli müəssisə və qurumlarında çalışan, 60 nəfəri qadın olmaqla 600 nəfərədək əməkdaşın bu idman tədbirinə qatıldığını müsbət hal kimi dəyərləndirib.
Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Rəşad Səfərov spartakiadanın təşkili və nəticələri ilə bağlı geniş məlumat verib. Spartakiadada 8 idman növü üzrə yarışların keçirildiyini qeyd edən R.Səfərov ümumkomanda hesabında I yerə "Bakı Telefon Rabitəsi" MMC-nin komandası, II yerə "Aztelekom" MMC-nin komandası, III yerə isə Dövlət Radiotezliklər İdarəsinin komandasının layiq görüldüyünü diqqətə çatdırıb.
Sonra komandaları I, II və III yerləri tutmuş qurumların rəhbərlərinə xatirə kubokları və diplomlar təqdim olunub.
Spartakiada Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb