×
A
A
A
Sazlamalar

Azərbaycan və İran arasında fiberoptik kabel çəkiləcək

Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan və İran arasında fiberoptik kabel çəkiləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, Azərbaycan və İran arasında fiberoptik kabellərin çəkilməsi istiqamətində razılıq əldə olunub və iki ölkə informasiya və kommunikasiya texnologiyaları sahəsində mühüm layihə həyata keçirəcək.

İKT 2019-03-15 14:20:00