İranın daha iki şirkəti ABŞ-ın sanksiyasına məruz qalıb
Tehran, 15 fevral, AZƏRTAC
ABŞ-ın Maliyyə Nazirliyi İranın daha iki şirkətinin və bu şirkətlə əlaqəsi olan səkkiz nəfərin adlarını sanksiyalar siyahısına əlavə edib.
AZƏRTAC xəbər verir ki, ABŞ İranın informasiya və kommunikasiya sahəsində fəaliyyət göstərən “Net Peygard Samavat Company” və “New Horizon Organization” şirkətlərinin beynəlxalq əlaqələrini məhdudlaşdırıb. Bununla yanaşı, həmin şirkətlərin xarici dövlətlərdəki nümayəndəliklərinin rəhbərləri də sanksiyaya məruz qalıblar.
ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Stiven Miniçin bildirib ki, bu şirkətlər müxtəlif ölkələrdə beynəlxalq konfranslar təşkil edirlər. Həmin konfranslarda şirkət nümayəndəsi kimi iştirak edən İranın kəşfiyyat orqanlarının əməkdaşları, alimləri və İKT mütəxəssislərini əməkdaşlığa cəlb edib onlardan informasiya alıblar. Buna görə də bu şirkətlərə qarşı sanksiyalar tətbiq edilir.
Rəsmi Tehran ABŞ-ın iddialarını gülməli və məntiqsiz adlandırıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir