Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
Bakı, 8 may, AZƏRTAC
Amsterdamda hidrogen yanacaq elementləri ilə təchiz edilmiş dünyada ilk yaxta suya buraxılıb. "Naked Science" nəşrinin məlumatına görə, "Layihə 821" gəmisi Britaniya şirkəti tərəfindən düzəldilib. Yaxtanın uzunluğu 88 metr təşkil edir. Bu, lazımi yanacaq elementləri, akkumulyator batareyaları və mayeləşdirilmiş hidrogen çənlərini asanlıqla yerləşdirməyə imkan verir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, gəmidə elektrik stansiyası üçün yanacaq qismində hidrogendən istifadə olunur. Yanacaq elementi hesabına o, oksigenlə oksidləşir və nəticədə elektrik enerjisi yaranır. Hidrogen xüsusi akkumulyator batareyalarında istifadə edilə və ya saxlanıla bilər. Prosesin yeganə tullantısı su buxarıdır ki, bu da ətraf mühitin vəziyyətinə mənfi təsir göstərmir.
“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir
Parisin hava limanlarının işçiləri tətil edəcəklər
Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib
Nigeriya ordusu yaraqlıların əsir götürdüyü 386 nəfəri azad edib