Yaponiyada eyni anda 10 dili anlayan sistem yaradılıb
Tokio, 14 fevral, AZƏRTAC
“Mitsubishi Electric” şirkətinin tədqiqatçıları eyni anda 10 dili anlayan sistem hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, yeni sistemin həm turizm, həm də digər sahələrdə istifadə edilməsi nəzərdə tutulur.
Yeni texnologiya müxtəlif dilləri hər bir şəxsin səsinə və leksikonuna uyğun olaraq başa düşmək üçün süni intellektdən istifadə edir.
Şirkətin mütəxəssisləri sistemdən əməli işdə istifadə etməmişdən əvvəl onun dəqiqliyini daha da təkmilləşdirmək niyyətindədirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib