×
A
A
A
Sazlamalar

Laçınlı məcburi köçkünlər 1145 hektar sahəyə taxıl səpiblər

Ağcabədi, 19 yanvar, AZƏRTAC

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər taxıl səpinini başa çatdırıblar.
Laçın Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Taxtakörpü ərazisində 1145 hektar sahədə payızlıq taxıl səpilib. Bunun 60 hektarı buğda, 1085 hektarı isə arpadır.
Qeyd edək ki, Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurlar. Məcburi köçkünlər ötən il becərdikləri 1111,1 hektar taxıl sahəsindən 24 min 502 sentner məhsul götürüblər.

Kənd təsərrüfatı 2019-01-19 11:06:00