×
A
A
A
Sazlamalar

Finlandiya vətəndaşı orta hesabla hər ay öz əməkhaqqının 36 faizini vergilərə ödəyir

Bakı, 13 noyabr, AZƏRTAC 

Finlandiyada vergilər çox yüksəkdir. Bu ölkə yüksək həyat səviyyəsi, münasib əməkhaqqı və çox təkmil vergi sistemi ilə fərqlənir.
AZƏRTAC xarici saytlara istinadla bildirir ki, vergi məbləği bilavasitə ödənilən əməkhaqqı səviyyəsindən asılıdır. Finlandiyada vergiləri hamı ödəməlidir: həm bu ölkə vətəndaşları, həm də qeyri-rezidentlər.
Bu ölkədə vergilər iki kateqoriyaya bölünür: dolayı və birbaşa vergilər. Birbaşa vergilərə, korporativ, kapitaldan gələn mənfəət vergisi, gəlir vergisi və mülkiyyət vergisi daxildir. Dolayı vergilərə isə ƏDV, gömrük rüsumları, sosial vergilər, aksiz yığımı aiddir.
Gəlir vergisinin həcmi bilavasitə əməkhaqqı səviyyəsindən asılı olur. Maaşlar nə qədər yüksək olarsa, müvafiq olaraq, vergi də bir o qədər çox olur. Minimum vergi tarifi 6 faiz, maksimum isə 31 faiz təşkil edir. Əgər, Finlandiya vətəndaşının illik əməkhaqqı 16 min avrodan azdırsa, vergi ödəmir. Əgər vətəndaşın və ya bu ölkənin qeyri-rezidentinin maaşı 16 min avrodan çox, lakin 24 min avrodan azdırsa, onda ödəyici 6 faiz tarifi ilə vergi ödəyir.
Finlandiya qüsursuz vergi sisteminə malikdir. Amma, bir çoxları razılaşar ki, ən yüksək vergilər məhz, bu ölkədə mövcuddur. Finlandiya vətəndaşı orta hesabla hər ay öz əməkhaqqının 36 faizini vergilərə ödəyir. Əcnəbi vətəndaşlar üçün isə bu 35-40 faiz təşkil edir.

Bu maraqlıdır 2018-11-13 18:45:00