×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universitetində ortopedik qrupun toplantısı keçirilib

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Ortopedik Qrupun III Xəstəxanalararası Ortopedik və Travmatoloji Toplantısı keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının travmatologiya və ortopediya şöbəsinin müdiri Cəfər Nəsirlinin “Displastik koksartrozlar diaqnostika və müasir müalicə taktikası”, ortopedik-travmatoloq Nicat Səttarovun “Uşaqlarda bazu xəstəliyinin, doğuş iflicinin cərrahi müalicəsi” mövzusunda məruzələri dinlənilib.
Müxtəlif xəstəxanalarda çalışan ortopedik-travmatoloqların qatıldığı toplantıda məruzələr ətrafında, o cümlədən əməliyyat olunmuş, həmçinin əməliyyata hazırlanan mürəkkəb xəstələrin ümumi vəziyyəti, müayinə-müalicə üsulları geniş müzakirə olunub və xəstələr barəsində konsilum qərarı verilib.
Qeyd edək ki, ayda 1-2 dəfə nəzərdə tutulan bu tipli toplantının keçirilməsində məqsəd rezidentlərin bilik səviyyəsini artırmaq, xəstəxanalararası əlaqəni gücləndirmək,
xəstələrə yüksək səviyyədə xidmət göstərməkdir.

 

Səhiyyə 2018-11-13 16:09:00