×
A
A
A
Sazlamalar

“Şəbəkəsizlər” qısametrajli filmi sosial problemlərin həllinə yönəlib

Bakı, 10 noyabr, AZƏRTAC 

“Education HUB”ın təşkilatçılığı ilə həyata keçirilən “İnkişaf zamanı” proqramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən çəkilən “Şəbəkəsizlər” filminin nümayişi olub.
AZƏRTAC xəbər verir ki, film əkiz bacısı Sevil və böyük bacısı Nübarla birlikdə yaşayan 18 yaşlı cazmen və pianoçu İlyasın həyatından bəhs edir. O, ifalarında ruh və cism, dünyəvi və ilahi hisslər kimi təsəvvüf anlayışlarına toxunur. Filmdə İlyasın səsi tutulduqdan sonra sosial şəbəkələrdən səmərəsiz istifadə etməsi və bunun acı nəticələrindən bəhs olunur.
Layihənin əsas məqsədi insanlara sosial şəbəkələrdən asılılığın fəsadları və onun nəticələrini nümayiş etdirmək, bu problemdən həll yollarını göstərməkdən ibarətdir.
Filmin quruluşçu rejissoru və ssenari müəllifi Rüstəm Sadıqlı, quruluşçu operatoru Nərgiz Yusifova, bəstəkarı Sevinc Rəhimova, prodüserləri Ayşən Mikayılova və Şəfa Əmirlidir.

Teatr və kino 2018-11-10 17:47:00