Kürdəmirdə ət istehsalı 8 faiz artıb
Kürdəmir, 10 noyabr, AZƏRTAC
Kürdəmir fermerləri cari ilin on ayında heyvandarlıq məhsullarının istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə artıma nail olublar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, on ayda 6419 ton diri çəkidə ət, 36 min 194 ton süd, 18 milyon 677 min ədəd yumurta, 274 ton yun istehsal edilib. Ət istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz artıb. İstehsal edilən ətin 65,8 faizi iribuynuzlu, 24,3 faizi xırda buynuzlu mal-qara, 9,8 faizi isə quş əti olub. Habelə, süd istehsalında 1 faiz, yumurta istehsalında 43,6 faiz, yun istehsalında isə 22 faiz artım əldə edilib.
Qeyd edək ki, heyvandarlıq Kürdəmir rayonunda aqrar sektorun aparıcı sahələrindəndir və son illərdə iri heyvandarlıq təsərrüfatlarının yaradılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Təkcə bu il 1321 baş heyvan süni yolla mayalandırılıb və 869 baş bala alınıb. Bütün bunlar isə məhsul istehsalında dinamik artıma imkan verib.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb