×
A
A
A
Sazlamalar

YUĞ teatrı noyabr repertuarını açıqlayıb

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət YUĞ Teatrı bu ay maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gəlib.
Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov AZƏRTAC-a bildirib ki, sənət ocağının səhnəsində noyabrın 10-da “Məhşər günü”, 11-də yeni tamaşa olan “Müəmmalı bir qətlin üç versiyası”, 17-də isə “Sonuncu” tamaşaları izləniləcək.
Bundan başqa, noyabrın 18-də “Fəna”, 24-də “Qəbir qazma üsulu”, 25-də “Təklif” tamaşaları təqdim olunacaq.
Tamaşalar müvafiq olaraq saat 19.00-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş ediləcək.

 

Teatr və kino 2018-11-03 10:51:00