×
A
A
A
Sazlamalar

Samuxda tezyetişən üzüm növlərinin yığımına başlanılıb

Samux, 16 avqust, Rauf Hacıyev, AZƏRTAC

Samuxda tezyetişən üzüm növlərinin yığımına başlanılıb. Bu vaxta qədər sahələrdən 241 ton üzüm yığılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2003-cü ildə rayondakı üzüm bağları 232 hektar olduğu halda, hazırda 4,4 dəfə artaraq 1025,2 hektara çatıb.
Vaxtilə üzüm və şərab istehsalına görə şöhrət qazanmış Samux rayonunda bu sahəyə maraq artmaqdadır. İndi rayondakı üzümlüklərin 15,6 hektarı yeni salınmış bağlardır. Üzüm bağlarının 488 hektarı süfrə, 537,2 hektarı isə şərab üzümüdür.
Rayonda tezyetişən “Yaylıq”, “Prima” “Kardinal” kimi üzüm növlərinin yığımı davam edir.

Kənd təsərrüfatı 2018-08-16 14:45:00