×
A
A
A
Sazlamalar

“Mənim fransız filmim” layihəsi çərçivəsində “Son nəfəsdə” filmi təqdim olunacaq

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 17-də “Landmark”da Bakıdakı Fransız İnstitutunun “Mənim fransız filmim” layihəsi çərçivəsində fotoqraf, art-kurator, “Artlogos” klubunun spikeri Rüstəm Hüseynovun və Jan-Lük Qodarın “Son nəfəsdə” adlı filmi təqdim olunacaq.
Fransanın ölkəmizdəki səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekran əsəri ingilis altyazıları ilə nümayiş olunacaq.
Filmlərə baxmaq üçün giriş sərbəstdir.

Teatr və kino 2018-08-14 01:13:00