×
A
A
A
Sazlamalar

Səhiyyə naziri Qusarda vətəndaşları qəbul edəcək

Bakı, 21 iyun, AZƏRTAC

Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 22-də saat 11:00-da Qusar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonları sakinlərinin müraciətlərini, şikayətlərini və fikirlərini dinləyəcək, lazımi tədbirlər görüləcək.
Qəbulda iştirak etmək istəyənlər Qusar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Səhiyyə 2018-06-21 17:14:00