×
A
A
A
Sazlamalar

Bakıda ağız və üz-çənə cərrahlarının beynəlxalq konfransı keçiriləcək

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 29-30-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ağız və üz-çənə cərrahiyyəsinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda Avropa Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin rəsmi nümayəndələri, eləcə də İtaliya, İngiltərə, Almaniya, Türkiyə, İran, Rusiya, Hindistan, Ukrayna, Gürcüstan, Qazaxıstan, İsrail və digər ölkələrdən dünya şöhrətli cərrahlar iştirak edərək ən yeni texnologiyaların tətbiqinə dair müzakirə və təcrübə mübadiləsi aparacaqlar.
Elmi konfransda ötən ilin sentyabrında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin təqdimatı olacaq. Həmçinin yeni yaradılmış qurumun digər ölkələrdə bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq memorandumu imzalayacağı nəzərdə tutulub.

 

Səhiyyə 2018-06-20 11:36:00