×
A
A
A
Sazlamalar

İmişlidə bu günə kimi 1000 tondan çox yun istehsal olunub

İmişli, 16 may, Mahir Babayev, AZƏRTAC

İmişlidə qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. İndi onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürürlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda İmişlinin qoyunçuluq təsərrüfatlarında 254 min 379 baş qoyun-keçi bəslənilir. Bu da ötən ildəkindən 242 baş çoxdur.
Xeyli vaxtdır ki, rayonun təsərrüfatlarında yun qırxımı aparılır. İndiyədək fermerlər bəslədikləri qoyunlardan 1105 ton yun tədarük ediblər. Hər qoyundan orta hesabla 1,9 kiloqram yun götürülüb. Ötən il isə bu rəqəm 1,8 kiloqram olub.
Rayonda ən yüksək nəticəyə fermer İsmi Atakişiyev və Daşqın Kazımov nail olub. Onlar 600 başdan çox qoyunun hər birindən 2,2 kiloqram yun götürüblər.
İmişlinin qoyunçuluq təsərrüfatlarında yun qırxımı davam edir.

 

Kənd təsərrüfatı 2018-05-16 11:11:00