×
A
A
A
Sazlamalar

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 25-ci ildönümü münasibətilə konsert təşkil edilib

Naxçıvan, 23 avqust, AZƏRTAC

Naxçıvan şəhərində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 25-ci ildönümü münasibətilə konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konsertin aparıcısı “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının keçdiyi inkişaf yolu haqqında məlumatı diqqətə çatdırıb. Vurğulanıb ki, sərhəd qoşunlarının peşəkar milli zabit kadrları ilə formalaşmasında, onlara yüksək xidmət və məişət şəraitinin yaradılmasında, hərbi potensialının artırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri olub, sərhəd qoşunları dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir olan mütəşəkkil bir quruma çevrilib.
Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında Ulu Öndərin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Sərhəd qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün muxtar respublikada da uğurla davam etdirilir, maddi-texniki bazanın möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir.
Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi orkestri zəngin repertuarla çıxış ediblər. Müstəqil Azərbaycanımıza, ordumuza, sərhəd qoşunlarına həsr olunan mahnı və marşlar alqışlarla qarşılanıb, sərhədçilərimizdə xoş əhval-ruhiyyə yaradıb.

Regionlar 2017-08-23 10:59:00