×
A
A
A
Sazlamalar

Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb

Ağdam, 20 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

İyirmi üç il əvvəl Ağdam rayonunun Çullu kəndində Allahverdiyevlər ailəsində eyni gündə dünyaya gələn Nazir və Tacir qardaşlarının taleləri, həyat yolları da qoşa olub. Heç vaxt bir-birindən ayrılmayan bu əkiz qardaşlar bir yerdə böyüyüb, orta məktəbi bir oxuyub, hərbi xidmətə bir yollanıblar. 44 günlük Vətən müharibəsində iştirak edərək Xocavənd istiqamətində bir yerdə döyüşüb, bu müqəddəs yolda eyni gündə şəhid olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonunun Çullu kəndində eyni gündə dünyaya gələn və eyni gündə də şəhidlik zirvəsinə ucalan Nazir və Tacir Allahverdiyev qardaşlarının xatirəsi anılıb. Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, Çullu kənd tam orta məktəbin müəllim və şagird heyəti, şəhid ailələri şəhidlərin məzarları ziyarət edib, önünə gül dəstələri düzüblər.
Mərasimdə şəhid qardaşların döyüş yollarına nəzər salınıb. Çıxış edənlər Tacir və Nazir Allahverdiyev qardaşlarının Vətən sevgisindən, keçdikləri şərəfli döyüş yolundan danışıblar.

Regionlar 2024-04-20 22:54:00