Mali frankdan imtina etmək istəyir
Bakı, 19 aprel, AZƏRTAC
Mali Respublikası hazırda öz valyutasını hazırlamağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Malinin Dövlət xidmətlərinin baş nəzarətçisi Badra Ali Kulibali bildirib. O qeyd edib ki, məsələ hazırda müzakirə mərhələsindədir. Ölkə Mərkəzi Afrika frankından (CFA) imtina etmək istəyir.
Qeyd edək ki, son aylarda Afrikanın bir çox ölkəsi vahid valyuta olan Mərkəzi Afrika frankından imtina etməyi planlaşdırır. Emissiyası Fransa Bankına aid olan bu valyuta müstəmləkəçiliyin qalığı hesab edilir.
Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb
Müdafiə Nazirliyi: Rusiya qoşunları Xarkov vilayətində Ukrayna ordusunun müdafiəsini yarmağa çalışıb
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib