×
A
A
A
Sazlamalar

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Moskva, 10 may, AZƏRTAC
Rusiya Dövlət Duması ölkənin Baş naziri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, onun namizədliyini 375 deputat dəstəkləyib, 57 deputat bitərəf qalıb. Daha əvvəl Rusiya Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Züqanov Mizail Mişustinin Baş nazir postuna namizədliyinin səsverməsi zamanı Kommunist Partiyası fraksiyasının bitərəf qalacağını xəbər vermişdi.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2024-05-10 19:18:00