×
A
A
A
Sazlamalar

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Sankt-Peterburq, 10 may, AZƏRTAC

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində həlak olanların sayı 3-ə çatıb, daha altı nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çayda batmış avtobusun içindən 9 nəfəri çıxarıblar. Onlardan ikisinin vəziyyəti ağırdır, dördü klinik ölüm vəziyyətindədir, üç nəfər həlak olub.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq

Dünya 2024-05-10 18:51:00