×
A
A
A
Sazlamalar

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO

Sankt-Peterburq, 10 may, AZƏRTAC

Rusiyanın Sankt-Peterburq şəhərində ölümlə nəticələnən qəza baş verib, avtobus mərkəzdəki Moyka çayına düşüb.
AZƏRTAC xəbər verir ki, çaya düşən avtobusun içərisində 20 sərnişin olub. Son məlumata görə, qəza nəticəsində bir sərnişin ölüb, 5 nəfər isə xəstəxanaya çatdırılıb. Avtobusun sürücüsü saxlanılıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq

Dünya 2024-05-10 16:05:00

Video