×
A
A
A
Sazlamalar

Çempionlar Liqasında erkən final: “Real Madrid” “Mançester Siti”yə qarşı

Bakı, 9 aprel, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşması Madriddə baş tutacaq. “Real Madrid” İngiltərə nəhəngi “Mançester Siti”ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Eyni saatda İngiltərə “Arsenal”ı Londonda Almaniyanın “Bavariya” komandasını sınağa çəkəcək.
Qeyd edək ki, bu mərhələnin “Atletiko Madrid” (İspaniya) – “Borussiya Dortmund” (Almaniya) və PSJ (Fransa) – “Barselona” (İspaniya) qarşılaşmaları aprelin 10-da keçiriləcək.

İdman 2024-04-09 10:40:00