×
A
A
A
Sazlamalar

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Bakı, 7 may, AZƏRTAC

İngiltərə Premyer Liqasında çıxış edən “Nottingem Forest” komandasının 4 xalı silinib.
AZƏRTAC çempionatın rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın maliyyə feyr-pley qaydalarına əməl etməməsi səbəb olub.
Qərardan apellyasiya şikayəti verən klub rəhbərliyinin etirazı qəbul edilməyib.
Daha əvvəl eyni səbəbdən “Everton”un aktivindən 10 xal silinsə də, Liverpul təmsilçisinin etirazından sonra 4 xal geri qaytarılmışdı.
Qeyd edək ki, hazırda “Nottingem Forest” 29 xalla 17-ci pillədə qərarlaşıb.

İdman 2024-05-07 16:48:00