×
A
A
A
Sazlamalar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Bakı, 7 may, AZƏRTAC

Futzal üzrə Azərbaycan Kubokunun qalibi məlum olub.
AZƏRTAC xəbər verir ki, finalda “Araz-Naxçıvan” və “Baku Fire” komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb.
Matçın əsas və əlavə vaxtı 5:5 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq (5:4) oynayan “Araz-Naxçıvan” 15 ildən sonra ölkə kubokunun sahibi olub.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunu "Baku Fire" komandası qazanmışdı.

İdman 2024-05-07 16:22:00