×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sabah” və “Xırdalan” komandaları üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində oynanılan görüş birincilərin 101:85 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında ikinci matç mayın 10-da baş tutacaq.
Qeyd edək ki, yarımfinalın digər matçı mayın 8-də “NTD-İndiqo” və “Xəzri” arasında keçiriləcək.

İdman 2024-05-07 21:49:00