İddiaçılar Turniri: Nicat Abasov növbəti görüşünə çıxacaq
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
AZƏRTAC xəbər verir ki, 28 yaşlı qrosmeyster qara fiqurlarla Hindistan təmsilçisi Dommaracu Qukeşi sınağa çəkəcək.
N.Abasov ilk turda Yan Nepomnyaşi ilə heç-heçə edib, ikinci görüşdə ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. O, üçüncü turda Hikaru Nakamura (ABŞ), dördüncü turda isə Fransanı təmsil edən Əlireza Firuzca ilə bərabərə qalıb.
Qeyd edək ki, hazırda aktivində 1,5 xalı olan Nicat Abasov Nakamura, Firuzca və Vidit Santoş Qucrati (Hindistan) ilə birlikdə 5-8-ci yerləri bölüşdürür. İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.
“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb
Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır
“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb
“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib
Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir