×
A
A
A
Sazlamalar

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Bakı, 7 may, AZƏRTAC
Nüfuzlu “FourFourTwo” nəşri İspaniyanın “Real Madrid” komandasının ən yaxşı futbolçularının adlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 50 oyunçunun yer aldığı siyahıya hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz Kriştianu Ronaldu başçılıq edir.
İkinci sırada argentinalı mərhum hücumçu Alfredo Di Stefano qərarlaşıb. İlk “üçlüy”ü isə Fransa millisinin sabiq üzvü Zinəddin Zidan tamamlayıb.

İdman 2024-05-07 12:11:00