×
A
A
A
Sazlamalar

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

Bakı, 7 may, AZƏRTAC

“Gəncə” voleybol komandası baş məşqçisi Sergey Çasnavitski ilə müqaviləni yeniləyib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, belaruslu mütəxəssis növbəti mövsümdə də “sarı-göylər”ə rəhbərlik edəcək.
Qeyd edək ki, “Gəncə” komandası başa çatan mövsümdə Sergey Çasnavitskinin rəhbərliyi altında Yüksək Liqada dördüncü olub.

İdman 2024-05-07 11:55:00