×
A
A
A
Sazlamalar

Dünya reytinqi: “Qarabağ” 13, “Sabah” 4 pillə irəliləyib

Bakı, 9 aprel, AZƏRTAC

Peşəkar futbol klublarının yeni dünya reytinqi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıda Azərbaycanın 3 təmsilçisi yer alıb.
Ötən reytinqlə müqayisədə 13 pillə irəliləyən “Qarabağ” 176,5 xalla 48-ci sıraya yüksəlib. “Neftçi” (62 xal) bir, “Sabah” (58,75) isə 4 pilləlik sıçrayışla müvafiq olaraq 377-ci və 413-cü yerlərdə qərarlaşıblar.
Dünya reytinqində ilk pilləni İngiltərənin “Mançester Siti” (401 xal) klubu tutur. İspaniya “Real Madrid”i (332 xal) ikinci, İtaliya “İnter”i (311 xal) üçüncü sırada yer alıb.

İdman 2024-04-09 10:19:00