×
A
A
A
Sazlamalar

Yığma üzvü: Xoşbəxtəm ki, nəticə bizim xeyrimizə oldu

Bakı, 9 aprel, AZƏRTAC

Hər şey çox yaxşı keçdi. Xoşbəxtəm ki, nəticə bizim xeyrimizə oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində Portuqaliyanın Qimarayeş şəhərində keçirilən Avropa çempionatında sinxron proqramda gümüş medal qazanan Azərbaycan gimnastı Ayan Şabanova jurnalistlərə açıqlamasında deyib.
O, yarışa ciddi hazırlaşdıqlarını vurğulayıb: "Olduqca güclü rəqiblərimiz var idi. Qalibiyyət uğrunda çox yaxşı mübarizə gedirdi. Əziyyətli, gərgin məşqlər keçdiyimizdən ikinci pilləyə qalxdıq".
Qeyd edək ki, Ayan Şabanova və Samirə Hüseynova (batut gimnastikası) sinxron proqramda gümüş medal qazanıblar. Bu, Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında gənclərin sinxron proqramında qazanılan ilk gümüş mükafatdır.

 

İdman 2024-04-09 07:22:00